AZ

FIFA konqresində qalmaqal VİDEO

ain.az, Idman.biz saytına istinadən bildirir.

FIFA-nın növbəti konqresi ciddi qalmaqalla yadda qalıb. Qurumun prezidenti Canni İnfantino birbaşa səhnədə Fələstin və İsrail futbol federasiyalarının rəhbərlərini barışdırmağa çalışsa da, bu cəhd uğursuzluqla nəticələnib.

İdman.Biz xəbər verir ki, Canni İnfantino tərəfləri bir-birinin əlini sıxmağa çağırıb. Lakin Fələstin Futbol Federasiyasının rəhbəri Cibril Racub bu təklifdən qəti şəkildə imtina edib. O, “Biz əzab çəkirik” sözlərini deyərək səhnəni tərk edib.

Racub çıxışında bildirib ki, “soyqırım törədən faşist hökuməti” təmsil edən bir şəxsin əlini sıxmaq niyyətində deyil. Bundan əlavə, Fələstin tərəfi İsrail milli komandasının və klublarının beynəlxalq turnirlərdən kənarlaşdırılmaması səbəbindən İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etdiyini açıqlayıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr