AZ

Həkimdən sağlam yuxu ilə bağlıXƏBƏRDARLIQ

Psixiatr, psixoterapevt və somnoloq Yelena Kolesniçenko bildirib ki, 18-60 yaş arası insanların gecə ən azı 7 saat yuxuya ehtiyacı var.

Redaktor.az bu haqda aif.ru-ya istinadla xəbər verir.

Onun sözlərinə görə, əksər insanlar üçün ideal yuxu müddəti 7-9 saat hesab olunur. 65 yaşdan yuxarı şəxslərin isə 8-9 saat yatması tövsiyə edilir. Mütəxəssis qeyd edib ki, bəzi insanlar üçün 6 saat yuxu kifayət etsə də, digərlərinin tam dincəlməsi üçün 10 saata qədər yuxuya ehtiyacı ola bilər.

Kolesniçenko vurğulayıb ki, yalnız yuxunun müddəti deyil, onun müntəzəm olması da sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. O, sabit yuxu rejimini sağlam həyatın vacib hissələrindən biri adlandırıb.

Aytəkin TOFİQQIZI

Seçilən
27
1
redaktor.az

1Mənbələr