AZ

Vüqar Bayramov: Avropa Parlamenti ikili standartlar tətbiq edir

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Avropa Parlamentinin qətnamələri Azərbaycana qarşı ikili standartları əks etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın artan geosiyasi və iqtisadi nüfuzuna baxmayaraq, Avropa Parlamenti tərəfindən ölkəyə qarşı saxta və qərəzli qətnamələrin qəbul edilməsi müşahidə olunur. Deputatın sözlərinə görə, bu sənədlər ikili standartların göstəricisidir və regionda formalaşan sülh prosesinə xidmət etmir.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycan regionda sülh gündəminə sadiq qalaraq əməkdaşlıq və sabitliyə töhfə verir, Ermənistana sülh müqaviləsi təklif edib və logistika məhdudiyyətlərini aradan qaldırıb. O, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını, 16 ölkənin enerji təminatına töhfə verdiyini və ötən il Avropaya 57 milyard kubmetr mavi qaz ixrac etdiyini vurğulayıb.

Deputat əlavə edib ki, Avropa İttifaqı ilə əməkdaşlıq genişlənsə də, Avropa Parlamentinin bəzi yanaşmaları ikili standartların davamı kimi qiymətləndirilir.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
bakivaxti.az

1Mənbələr