AZ

Cinayətdə şübhəli bilinən 74 nəfər saxlanıldı

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Aprelin 30-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
49
unikal.az

10Mənbələr