AZ

Savalan Mirzəyev: Azərbaycan və Ermənistan arasında birbaşa dialoq Cənubi Qafqazda sülhə xidmət edir

Tbilisi, 1 may, AZƏRTAC

Son vaxtlar Azərbaycan və Ermənistan rəsmilərinin, vətəndaş cəmiyyətləri nümayəndələrinin qarşılıqlı səfərləri iki ölkə arasında etimad mühitinin və sülhün möhkəmlənməsinə xidmət edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstan-Azərbaycan patlamemtlərarası dostluq qrupunun üzvü Savalan Mirzəyev deyib.

Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə Ermənistanda keçirilən son iclasın əhəmiyyətinə diqqət çəkən deputat deyib ki, bu gün Cənubi Qafqazın üç xalqı arasında əməkdaşlıq və dinc yanaşı yaşamaq həm xalqlar, həm də gələcək üçün son dərəcə vacibdir. Çünki region hazırda həm Avropanın, həm də Asiyanın diqqət mərkəzindədir.

"Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan, Gürcüstan və Ermənistanın müxtəlif dövlət və hökumət üzvlərinin, eləcə də QHT nümayəndələrinin iştirakı birgə görüşlər də təşkil olunacaq. Bu görüşlərin intensiv xarakter alması Cənubi Qafqazda sülhün bərqərar olmasına xidmət edəcək", - deyə S.Mirzəyev bildirib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
38
azertag.az

1Mənbələr