Ötən gün Milli Onkologiya Mərkəzində partlayışda ağır yaralanan həkim-radioloq Asif Nəsirli vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Kontekst.az -a adının açıqlanmasını istəməyən həkim bildirib.
"Çox təəssüflə bildirirəm ki, Asif doktor vəfat etdi", - mənbə deyib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlunun qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Nəsirov Asif Akif oğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır bədən xəsarətləri alan Asif Nəsirovun isə vəziyyəti ağır olub, müalicəsi xəstəxanada davam etdirilirdi.
Faktla bağlı cinayət işi başlanılıb