"Real Madrid" "Valensiya"nın gənclər komandasında oynayan Yulian Moskeranı sıralarına cəlb edə bilər.
Fanat.Az xəbər verir ki, ESPN-in məlumatına görə, "Kral klubu" 15 yaşlı ispaniyalı vunderkindi Madridə gətirməyə çalışır.
Yulian karyerasına "Valensiya"da başlayan "Arsenal"ın müdafiəçisi Kristian Moskeranın qardaşıdır. Böyük qardaşı kimi, Mosquera da müdafiənin mərkəzində oynayır.
2011-ci ilin yanvar ayında anadan olan Yulian Moskera 15 yaşadək futbolçular İspaniya millisində səkkiz oyununda iştirak edib.