AZ

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərclərinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin I rübündə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə və materiallara çəkdiyi bilavasitə (subpodratçı) xərcləri 494,6 mln. ABŞ dolları təşkil edib.

Banco.az “BP Azərbaycan”a istinadən xəbər verir ki, bu, illik müqayisədə 124 milyon ABŞ dolları və ya 33,4% çoxdur.

Məlumata görə, birinci rübdə BP-nin kiçik və orta müəssisələr üzrə xərcləri 135,7 mln. dollar, dövlət şirkətləri üzrə xərcləri 19,6 mln. dollar, yerli tərəfdaşı olan birgə müəssisələr üzrə xərcləri 205 mln. dollar, olub. Şirkət xarici podratçıların ölkə daxilində məsrəflərinə isə 134,5 mln. dollar xərcləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
1
banco.az

1Mənbələr