AZ

Rektor: Azərbaycan UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi abidələri ilə tanınır  

Bu il Bakıda Ümumdünya Şəhər Forumunun On Üçüncü Sessiyası (WUF13) keçiriləcək. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu, ölkədə şəhərsalma və memarlıq sahəsinə göstərilən diqqətin məntiqi davamı kimi qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova “Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” mövzusunda keçirilən konfransda deyib. Rektor bildirib ki, WUF13-ün Azərbaycanda təşkili xüsusi simvolik məna daşıyır: “Müstəqillik əldə etdikdən sonra ölkəmiz bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edib və bu ənənə davam etdirilir.

Mayın 17-dən 22-dək keçiriləcək WUF13 çərçivəsində Azərbaycan növbəti dəfə qlobal platformada öz potensialını nümayiş etdirəcək. Ölkəmiz UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi abidələri ilə tanınır. Paytaxt Bakı isə gündən-günə inkişaf edir, memarlıq baxımından yeni və estetik tikililərlə zənginləşir. Forumun loqosunda da bu tarixi və memarlıq irsinin əks olunması təsadüfi deyil”.

Rektor qeyd edib ki, Bakının əsas xüsusiyyətlərindən biri qədim memarlıq nümunələrinin müasir tikililərlə üzvi şəkildə uzlaşmasıdır.

Seçilən
13
azerbaijan-news.az

1Mənbələr