AZ

Haradan hara! Bir zamanların ulduzu indi zibildən qida toplayır

Haradan hara! Bir zamanların ulduzu indi zibildən qida toplayırBir vaxtlar dəbdəbəli həyatı və şöhrəti ilə tanınan model Willison bu gün küçələrdə yaşamaq uğrunda mübarizə aparır.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, o, psixoloji problemlər və asılılıq səbəbindən bütün var-dövlətini itirib.

Bildirilir ki, 2018-ci ildən etibarən evsiz qalan keçmiş model hazırda gündəlik ehtiyaclarını qarşılamaq üçün zibilliklərdən qida toplamağa məcbur olur. Onun bu vəziyyətə düşməsi cəmiyyətdə böyük rezonans doğurub və bir çoxları tərəfindən kədərli həyat hekayəsi kimi qiymətləndirilib.

Mənbələrin məlumatına görə, Willisonun həyatındakı eniş psixoloji sağlamlıq problemləri ilə başlayıb və daha sonra bu vəziyyət asılılıqla daha da ağırlaşıb. Nəticədə o, həm karyerasını, həm də maddi imkanlarını itirib.

Hazırda onun vəziyyəti sosial şəbəkələrdə geniş müzakirə olunur. Bəzi istifadəçilər keçmiş modelə dəstək göstərilməsinin vacibliyini vurğulayır və aidiyyəti qurumları onunla bağlı tədbir görməyə çağırırlar.

Seçilən
4
sonxeber.az

1Mənbələr