AZ

"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib

1 may 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM Kapital” QSC-nin 1 milyon manatlıq istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Marja xəbər verir ki, istiqrazların illik gəlirlilik dərəcəsi 14%, tədavül müddəti 12 aydır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "FERRUM Kapital” QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2023022281

İstiqrazların növü və forması:  Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi: 1 000 000 manat

İllik gəlirlilik faizi:  14%

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti:  12 ay

Ticarətə buraxılma tarixi:  Emitent tərəfindən bildiriləcək

Anderrayter:  “Unicapital İnvestisiya Şirkəti” ASC

İş elanları AzVak.az-da

BakıFondBirjasıBFBFERRUMKapitalistiqrazistiqrazburaxılışıkorporativistiqrazqiymətlikağızlarkapitalbazarıinvestisiyainvestisiyaimkanlarıistiqrazticarətiistiqrazemissiyasıISINAZ2023022281faizliistiqraztəminatsızistiqrazsənədsizistiqrazadlıistiqrazbirqiymətlihərrackütləviticarətillik14faizgəlirlilik100manatistiqraz1milyonmanatemissiya10000istiqraztədavülmüddəti12ay3aylıqödənişUnicapitalİnvestisiyaŞirkətiAzərbaycaninvestisiyakapitalbazarları
Seçilən
1
marja.az

1Mənbələr