1 may 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM Kapital” QSC-nin 1 milyon manatlıq istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Marja xəbər verir ki, istiqrazların illik gəlirlilik dərəcəsi 14%, tədavül müddəti 12 aydır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "FERRUM Kapital” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2023022281
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı: 10 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 1 000 000 manat
İllik gəlirlilik faizi: 14%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 12 ay
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “Unicapital İnvestisiya Şirkəti” ASC