AZ

Avropa bankı Şəkidə su təchizatı sisteminin inşasına 91 milyon avro kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Şəki şəhərində və ətraf kəndlərdə su təchizatı, kanalizasiya və bioloji təmizləyici qurğunun inşası üçün Azərbaycana 91 milyon avro kredit ayırıb.

 EBRD-nin yaydığı məlumata görə, Bankın Direktorlar Şurası krediti aprelin 29-da təsdiqləyib.

Kredit iki tranşla ayrılacaq: 57 milyon avro və 34 milyon avro.

Layihənin ümumi dəyəri isə 95 milyon avrodur. Bunun 4 milyon avrosu qrant kimi veriləcək

Layihənin məqsədi Şəki və qonşu yaşayış məntəqələrində - Ohud, Kiş və Qoxmuqda etibarlı su təchizatı və kanalizasiya sistemlərini təmin edən müasir və dayanıqlı infrastruktur yaratmaqdır.

Layihənin ətraf mühitə müsbət təsir göstərəcəyi və su itkisini azaltmaqla, enerji səmərəliliyini artırmaqla və çirkab sularının düzgün təmizlənməsini təmin etməklə Azərbaycanın "yaşıl keçidi"nin irəliləməsində mühüm addım olacağı gözlənilir.

Kreditin borcalan tərəfi Azərbaycan Maliyyə Nazirliyi, benefisiarı isə Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyidir.

İş elanları AzVak.az-da

© "Report"

Seçilən
43
2
marja.az

3Mənbələr