AZ

Kəmaləddin Heydərov Xankəndi şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xankəndi şəhərində vətəndaşları qəbul edəcək.

Aktual.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, mayın 4-də Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərinin qəbulu keçiriləcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı 3 may tarixində Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Seçilən
24
3
ulusum.az

6Mənbələr