“Dünya artıq rəqəmsal transformasiyanın tam mərkəzindədir və bu proses həm media, həm də dövlət idarəçiliyinə birbaşa təsir göstərir. Biz kağız dövründən internet və sosial şəbəkələr dövrünə keçdik. İndi isə süni intellekt dövründəyik. Amma bu keçid yalnız üstünlüklər deyil, ciddi təhlükələr də yaradır”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov bildirib.
O, qeyd edib ki, süni intellektin inkişafı ilə informasiya təhlükəsizliyi yeni mərhələyə qədəm qoyub və artıq əsas sual texnologiyadan istifadə yox, onun necə qorunmasıdır:
"Hazırda bir çox şirkətlər belə süni intellektin yaratdığı riskləri tam qiymətləndirə bilmədiyi üçün bəzi modellərin istifadəsini məhdudlaşdırır”.
Aytəkin TOFİQQIZI