AZ

Kan Kloppun “Real”a gələcəyinə inanmır – Açıqlama

“Bavariya”nın sabiq qapıçısı Oliver Kan Yurgen Kloppun “Real”a mümkün təyinatı barədə fikirlərini bölüşüb.

İdmanxeber.az xəbər verir ki, o, alman mütəxəssisin Madrid klubuna uyğunluğunu şübhə altına alıb.

Kan bildirib ki, Klopp daha çox sistem qurmağı və komandanı inkişaf etdirməyi sevən məşqçidir:

“Real” isə fərqli mühitdir. Bu komandada fərdi keyfiyyətləri ilə seçilən superulduzlar çıxış edir və onlar hər zaman müəyyən sistemə tabe olmaq istəmirlər.

Belə bir komandada uğur qazanmaq üçün məşqçinin əsas üstünlüyü oyunçuların hörmətini qazanmaq, onlarla düzgün ünsiyyət qurmaq və onları öz oyun fəlsəfəsinə inandıra bilməkdir”.

Seçilən
13
idmanxeber.az

1Mənbələr