AZ

ABŞ də atəşkəs mübahisəsi: Konqresin son tarixi qüvvədən düşür?

ain.az, Redaktor.az saytına istinadən bildirir.

ABŞ administrasiyası İranla atəşkəs fonunda Konqresin təsdiqi üçün müəyyən edilmiş son tarixin əhəmiyyətini itirdiyini bildirir.

Redaktor.az xəbər verir ki, Donald Tramp administrasiyası hesab edir ki, Tehranla davam edən atəşkəs səbəbindən ABŞ-İsrail müharibəsi ilə bağlı 1 may tarixi artıq həlledici deyil.

Məlumata görə, ABŞ qanunvericiliyinə əsasən prezident Konqresə məlumat verdikdən sonra 60 gün ərzində ya hərbi əməliyyatlara icazə almalı, ya da qüvvələri geri çəkməlidir. Bu müddət İrana qarşı əməliyyatlar kontekstində məhz cümə günü başa çatır.

ABŞ müdafiə naziri Pit Heqset Senatda çıxışı zamanı bildirib ki, hazırkı atəşkəs rejimi faktiki olaraq bu müddətin hesablanmasını dayandırır.

Lakin Demokrat qanunvericilər və hüquq mütəxəssisləri bu yanaşmaya etiraz edərək vurğulayırlar ki, qanunda belə fasiləyə imkan verən müddəa yoxdur və bu məsələ ciddi hüquqi mübahisə doğurur.

Qeyd olunur ki, tərəflər arasındakı fikir ayrılığı “düşmənçilik” anlayışının necə izah olunması və atəşkəsin hüquqi öhdəliklərə təsiri ilə bağlı daha geniş müzakirələrin tərkib hissəsidir.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
redaktor.az

2Mənbələr