Bakı, 1 may, AZƏRTAC
Ramiz Həsənoğlu Azərbaycan televiziya və kino sənətində özünəməxsus yaradıcılıq üslubu ilə seçilir və tanınır. Onun quruluş verdiyi televiziya tamaşalarında və filmlərdə mənəvi dəyərlər və müsbət insani keyfiyyətlər hər zaman ön planda olub. Sənətin sirlərini dərindən bilən, parlaq istedada və tükənməz sənət eşqinə malik rejissor öz yaradıcılığında müxtəlif hekayələri maraqlı, koloritli kompozisiyada təqdim etməklə tamaşaçılara sevdirib. Ramiz Həsənoğlu məhsuldar yaradıcılığı ilə milli ekran mədəniyyətinə özünəməxsus töhfələr vermiş görkəmli sənətkarlardandır.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda.