AZ

Trampın oğulları bu ölkədə iş qururlar

ABŞ Prezidenti Donald Trampın oğulları Erik Tramp və Donald Tramp Jr. Qazaxıstandakı böyük volfram mədənçiliyi layihələrinə dolayı yolla ortaq olublar. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. 

Bildirilir ki, qardaşlar 2025-ci ilin avqust ayında "Skyline Builders" adlı inşaat qrupunda pay satın alıblar.

Sonrakı şirkət birləşmələri və pay dövriyyələri nəticəsində bu struktur Qazaxıstandakı volfram yataqlarını inkişaf etdirən "Kaz Resources" adlı şirkətdə 20 faizlik pay sahibinə çevrilib.

Yeni qurumun "Nasdaq" birjasında "Kaz Resources" brendi ilə xalqın iştirakına çıxarılması planlaşdırılır. Layihəyə Amerika inkişaf və maliyyə qurumlarının güclü dəstəyi də diqqət çəkir. 

ABŞ İxrac-İdxal Bankı ilə Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının Qazaxıstandakı volfram istehsalı layihələrinə ümumilikdə 1.6 milyard dollara qədər maliyyə dəstəyi təsdiqlədiyi qeyd olunur.

Elektrikli avtomobillər, müdafiə sənayesi və yüksək texnologiyalı istehsalda kritik əhəmiyyətə malik strateji minerallardan biri hesab edilən volfram Vaşinqtonun tədarük zəncirlərini Çindən kənara çıxarmaq siyasətində mühüm yer tutur.

Tramp Jr.-ın sözçüsü isə "Financial Times"a verdiyi açıqlamada gənc Trampın bu layihədə "passiv investor" mövqeyində olduğunu, gündəlik fəaliyyətlərdə iştirak etmədiyini və investisiya qoyduğu şirkətlər adından federal qurumlarla əlaqə saxlamadığını bildirib.

Bu inkişaf 2025-ci ilin noyabrında keçirilən Orta Asiya-ABŞ sammiti və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Tramp arasında 17 milyard dolları keçən ticari müqavilələrin imzalanmasından sonra baş verdiyi üçün Vaşinqtonun Orta Asiyadakı iqtisadi nüfuzunu artırma strategiyasının yeni bir halqası kimi qiymətləndirilir.

Seçilən
65
12
cebheinfo.az

10Mənbələr