AZ

Rumıniya nəşri Azərbaycan futbolundan yazıb

Buxarest, 1 may, AZƏRTAC

Rumıniyanın nəşri Azərbaycanın “Sabah” futbol klubunun ölkə çempionu olmasını işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, nəşr Bakı təmsilçisinin tarixində ilk dəfə Azərbaycan çempionatının qalibi adını qazandığını qeyd edib.

Məlumata görə, 2017-ci ildə yaradılan klub mövsümün başa çatmasına bir neçə tur qalmış çempionluğu təmin edib. Əsas rəqib “Qarabağ”ın xal fərqini aradan qaldıra bilməməsi nəticəsində “Sabah” vaxtından əvvəl titulun sahibi olub.

Nəşr vurğulayır ki, komanda mövsüm ərzində sabit çıxışı ilə seçilib və minimal xal itkisi ilə liderliyini qoruyub. Bu nəticə klubun qısa müddətdə böyük uğur əldə etdiyini göstərir.

Qeyd olunur ki, “Sabah”ın bu uğuru Azərbaycan futbolunda qüvvələr balansının dəyişdiyini göstərir və uzun illər çempionluq uğrunda dominant olan komandaların üstünlüyünə son qoyur.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Seçilən
14
2
azertag.az

3Mənbələr