AZ

Elvin Dəmirli işdən çıxarıldı- Yeni təyinat

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov rəsmən vəzifəsindən azad edilib. Mia.az-ın əldə etdiyi məlumata görə, mayın 1-də məzuniyyət müddəti bitən nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov barədə əmr artıq rəsmiləşib: “O, artıq KTN-nin mətbuat katibi deyil”.

 

Məlumata görə, o, Həmkarlar İttifaqı Konfederasiyasında eyni adlı vəzifəyə gətirilib.

 

Bu vəzifədə indiyədək Elvin Dəmirli çalışırdı. O media və kommunikasiya şöbəsinin müdir əvəzi  vəzifəsinə 9 ay öncə təyin edilib. 2 əvvəl isə o şöbənin müdiri postuna rəsmən təsdiq edilmişdi.

 

Vüqar Hüseynovun təyinatı ilə Elvin Dəmirli də vəzifəsi ilə vidalaşmalı olub.

 

Editor.az məlumata münasibət öyrənmək məqsədi ilə Elvin Dəmirli və AHİK-lə əlaqə saxlamağa çalışsa da, sorğulara cavab verilməyib.

Tarix: 1 May 2026, 18:42   
Seçilən
13
5
pravda.az

6Mənbələr