AZ

Min bir dərdin dərmanıdır

Zəncəfil həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi uzun illərdir istifadə olunur. Tərkibindəki antioksidant və iltihabəleyhinə maddələr sayəsində orqanizm üçün bir çox faydası var.

Mütəxəssislər bundan miqdarında istifadə etməyi məsləhət görür.

Həzm sistemini yaxşılaşdırır - Mədə köpü, həzmsizlik və ürəkbulanmanı azaltmağa kömək edir.

Soyuqdəymə və qripdə faydalıdır - Boğaz ağrısını yumşalda, bədəni isitmə təsiri göstərə bilər.

İmmuniteti gücləndirir - Antioksidant tərkibi sayəsində orqanizmin müdafiə sistemini dəstəkləyir.

İltihabı azaldır - Oynaq və əzələ ağrılarının yüngülləşməsinə kömək edə bilər.

Qan dövranını dəstəkləyir - Bəzi araşdırmalara görə qan dövranının yaxşılaşmasına müsbət təsir göstərə bilər.

Aybaşı ağrılarını azalda bilər - Bəzi qadınlarda menstrual sancıların yüngülləşməsinə kömək etdiyi müşahidə olunub.

Diqqət edilməli məqamlar

Zəncəfil hər kəs üçün uyğun olmaya bilər. Xüsusilə qan durulaşdırıcı dərman qəbul edənlər, mədə problemi olanlar və hamilələr istifadədən əvvəl həkimlə məsləhətləşməlidirlər. (Axşam.az)

Seçilən
18
musavat.com

1Mənbələr