Aparıcı Zümrüd Bədəlova evindən görüntü paylaşıb.
Aparıcı evini dəyişdiyini bildirib.
Zümrüd görüntülərə "Apreli belə bitirdim: sevərək, xırda-xırda yığdığım evimdən çıxdım. Bütün xatirələrimi orada buraxaraq. Yeni səhifələr yazmaq ümidi ilə. Hərdən xəyallara tərəf qaçmaq olur. Çünki həyat qısadır, onu doya-doya yaşamaq lazımdır" sözlərini yazıb.
Qeyd edək ki, Zümrüdün Ləman adlı bir qız övladı var. Ləman Ankarada təhsil alır. (Axşam.az)