AZ

İran ərəb dövlətlərindən reparasiya tələb edir

Tehran Qətər, Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və İordaniyanı Amerikanın və İsrailin İrana qarşı müharibəsində oynadıqları rola görə kompensasiya ödəməyə çağırır...

Poliqon xəbər verir ki, İranın BMT yanında daimi nümayəndəsi Əmir-Səid İravani Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və İordaniyadan Amerikanın və İsrailin İrana qarşı müharibəsində oynadıqları rol səbəbindən reparasiya tələb edib. Bu barədə İranın dövlət televiziyası Press TV məlumat yayıb.

İravani BMT-yə ünvanladığı müraciətində deyib: “İran İslam Respublikası öz aydın və ardıcil mövqeyini bir daha təsdiq edir: beynəlxalq hüquqa zidd hərəkətləri ABŞ və İsrail rejiminin İranın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzündə rol oynamış bütün dövlətlər məsuliyyətə cəlb edilməlidirlər”.

Press TV-nin məlumatına görə, İran nümayəndəsi bütün maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edib.

Poliqon.info

Seçilən
42
10
poliqon.info

10Mənbələr