AZ

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

Beynəlxalq Gənclər Forumu çərçivəsində “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı fləşmob Bakıda təşkil olunub. Tədbir kolonializm dövründən təsirlənmiş ölkələrin gənc nümayəndələrinin iştirakı ilə baş tutub.

Fləşmob zamanı iştirakçılar ölkələrinin bayraqları əks olunan böyük simvolik lövhə ətrafında toplaşaraq sülh, həmrəylik və milli kimliklə bağlı fikirlərini yazılı şəkildə ifadə ediblər. Gənclər bu təşəbbüs vasitəsilə tarixi ədalət, mədəni yaddaşın qorunması və post-kolonial dövrdə əməkdaşlığın gücləndirilməsi kimi mesajlar səsləndiriblər.

Qeyd edək ki, forumun əsas məqsədinin gənclərin qlobal proseslərdə rolunun artırılması, onların sosial-siyasi fəallığının dəstəklənməsi və müxtəlif ölkələr arasında dialoq mühitinin genişləndirilməsi oldub. Tədbir çərçivəsində keçirilən fləşmob iştirakçılar tərəfindən həm rəmzi, həm də maarifləndirici addım kimi qiymətləndirilib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr