AZ

Gəncənin polis rəisi "Kəpəz"in Akademiyasına baş çəkib

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev Akademiyamıza baş çəkib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, örüşdə klub rəsmiləri, komandanın məşqçilər heyəti və futbolçular iştirak ediblər.

Əvvəlcə Teymur Hacıyevə Akademiyanın infrastrukturu və fəaliyyəti barədə məlumat verilib, mövcud şəraitlə yaxından tanışlıq olub. Daha sonra Baş Polis İdarəsinin rəisi komanda üzvləri ilə görüşərək onlarla söhbət edib.

Görüş zamanı polis general-mayoru futbolçulara qarşıdakı oyunlarda uğurlar arzulayıb, onlara həm idmanda, həm də şəxsi həyatlarında müvəffəqiyyətlər diləyib. O, hər zaman “Kəpəz” klubunun yanında olduğunu bildirib.

Seçilən
2
6
fanat.az

7Mənbələr