Bir tərəfdən İranla atəşkəs və sülh danışıqlarını davam etdirən Donald Tramp digər tərəfdən ticarət müharibələrini yenidən gündəmə gətirib.
Turkustan.az xəbər verir ki, Tramp açıqlayıb ki, gələn həftədən etibarən Avropa Birliyi ölkələrindən idxal edilən minik və yük avtomobillərinə tətbiq olunan gömrük tarifləri 25 faizə qədər artırılacaq. Onun sözlərinə görə, bu qərar Avropa Birliyinin mövcud ticarət razılaşmalarına əməl etməməsi ilə bağlıdır.
Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bildirib ki, ABŞ-da avtomobil və yük maşını istehsal edən zavodlara heç bir tarif tətbiq olunmaması barədə razılıq əldə olunub. O əlavə edib ki, hazırda ölkədə çoxsaylı yeni zavodlar tikilir və bu sahəyə 100 milyard dollardan artıq investisiya yatırılıb. Tramp bu göstəricini avtomobil və yük maşını istehsalı tarixində “rekord” kimi qiymətləndirib.
Aytən Yaşar/ Turkustan.az