AZ

ABŞ Avropadakı qüvvələrini ixtisar edir?

Moderator.az saytına istinadən ain.az xəbər verir.

İtaliyanın müdafiə naziri Quido Krosetto Birləşmiş Ştatların bu ölkədəki hərbi kontingentinin sayının azaldılması üçün heç bir əsas olmadığını bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə "Ansa" agentliyi məlumat yayıb.

"Bunun səbəblərini anlamıram. Bizim Hörmüz boğazından istifadə etmədiyimiz hər kəsə məlumdur. Biz hətta gəmilərin mühafizəsi üzrə missiyada iştiraka hazır olduğumuzu da diqqətə çatdırdıq. Yeri gəlmişkən, bu addım Amerika hərbçiləri tərəfindən çox müsbət qarşılanıb", - deyə nazir qeyd edib.

Ötən gün ABŞ Prezidenti Donald Tramp media nümayəndələrinə müsahibəsində rəsmi Vaşinqtonun İtaliya və İspaniyadakı hərbi qüvvələrinin sayını ixtisar edə biləcəyini vurğulayıb.

Jurnalistlər Ağ Ev liderinə İtaliya və İspaniyanın ünvanına səsləndirilən tənqidlər fonunda bu məsələyə yenidən baxılıb-baxılmayacağı barədə sual ünvanlayıblar.

"Nəyə görə mən bunu etməməliyəm? İtaliya bizə heç bir köməklik göstərmədi, İspaniya isə özünü olduqca dəhşətli apardı", - deyə o cavab verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
moderator.az

2Mənbələr