AZ

Luis Enrike Çempionlar Liqasında rekorda imza atıb

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

PSJ-nin baş məşqçisi Luis Enrike həmkarları arasında Çempionlar Liqasında 50 qələbəyə ən tez çatan mütəxəssis olub.

İdman.Biz bildirir ki, parislilər bu həftə UEFA Çempionlar Liqasının yarımfinalının ilk oyununda “Bavariya” komandasını 5:4 hesabı ilə məğlub ediblər.

Enrike Çempionlar Liqasında 77 matçda 50 qələbə qazanıb. Əvvəlki rekord 79 oyunda 50 Çempionlar Liqasında qələbə qazanan Mançester Siti baş məşqçisi Xosep Qvardiolaya məxsus idi. Enrikenin karyerasında “Barselona” da var, Qvardiola isə əvvəllər “blauqrana” və “Bavariya”nı də çalışdırıb.

Bu mövsüm Çempionlar Liqasının finalı 30 mayda Macarıstanın Budapeşt şəhərindəki "Puşkaş Arena"da keçiriləcək. PSJ hazırkı çempiondur.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
icma.az

1Mənbələr