AZ

"Okampo kimilərinin əməllərini indi Avropa da görməlidir"

Millət vəkili Azay Quliyev Real TV-yə müsahibəsində anti-Azərbaycan şəbəkəsinin, o cümlədən Luis Okamponun son etirafları barədə danışıb.


Manset.az xəbər verir ki, deputatın sözlərinə görə, söhbət Okamponun təkcə korrupsiya fəaliyyətindən deyil, eyni zamanda açıq və ciddi şəkildə təşkil olunmuş, Cənubi Qafqazda nifrəti və etnik zəmində qarşıdurmanı yenidən alovlandırmağı, Ermənistanda qanunsuz yollarla legitim hakimiyyəti dəyişdirməyi və geosiyasi güc balansını yenidən formalaşdırmağı qarşısına məqsəd qoymuş cinayətkar və avantürist  bir şəbəkədən gedir.

Onun sözlərinə görə, bu ittihamların açıq sübutlarını Okamponun video etiraflarında kifayət qədər aydın şəkildə görmək mümkündür:

"1. Qarabağ ermənilərinin yenidən səfərbər edilərək Azərbaycana qarşı yönləndirilməsi, ərazi iddialarının yenidən gündəmə gətirilməsi məqsədilə konkret fəaliyyət aparıldığı etiraf olunur. Bu çərçivədə siyasətçilərin, ictimai fəalların və media nümayəndələrinin prosesə cəlb edildiyi, hətta video yayılan  gün geniş toplantının keçirildiyi qeyd edilir.

2. Azərbaycanın iqtisadi və siyasi gücünü zəiflətmək məqsədilə Avropa İttifaqı ilə imzalanmış enerji müqavilələri hədəf seçilir. Belə ki, Avropa Ədalət Məhkəməsi çərçivəsində Avropa Komissiyasını Azərbaycanla bağlanmış müqaviləni ləğv etməyə məcbur etmək üçün hüquqi proses başlatmaq planlaşdırılır. 

3. Azərbaycana təzyiq göstərmək üçün Avropa Parlamentində mövcud əlaqələrdən istifadə imkanları vurğulanır. O cümlədən, keşmiş xarici məsələr üzrə ali komissar Josep Borrell vasitəsilə Avropa Parlamentində iş aparmaq, müraciətlər etmək, etirazlar qaldırmaq, birbaşa suallar ünvanlamaq və Avropa Komissiyasının prezidenti Ursula von der Leyayen üzərində siyasi təzyiq formalaşdırmaq imkanlarının mövcud olduğu qeyd edilir. Bununla da Avropa İttifaqının siyasətinə təsir göstərmək məqsədi güdülür.

4. Okamponun oğlu söhbət zamanı məqsədləri açıq şəkildə ifadə edir: “Bizim nail olmalı olduğumuz əsas nəticə – Paşinyanı, yəni baş naziri uzaqlaşdırmaqdır.” Bu isə Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq, Cənubi Qafqazda sülh və barış prosesinin qarşısını almaq və regionu yenidən münaqişə zonasına çevirmək niyyətindən xəbər verir".

A.Quliyev qeyd edib ki, bu sxemdə Okampo icraçı rolunda çıxış edir:

"Əsas sifarişçilər isə bölgədə sülh və sabitliyin möhkəmlənməsində maraqlı olmayan iki əsas qüvvədi: erməni diasporu və Rusiya.

Erməni diasporu üçün sülh onların siyasi mövcudluğunun sonu, Rusiya üçün isə bu, region üzərində təsirin əhəmiyyətli dərəcədə azalması deməkdir. Şəbəkənin maliyyə mənbələrinin Rusiya resursları, rus milyarderləri Samvel Karapetyan və Ruben Vardanyan olması şübhə doğurmur.

Əlavə olaraq, ABŞ-də müəyyən siyasi dairələrin də bu prosesə cəlb olunduğu etiraf olunur. Bunlar əvvəl Bob Menendez kimiləri idisə, indi də  ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının əməkdaşları və  Nyu-Yorkun yeni meri Mendiani kimiləridir.

Son illərdə Avropa Parlamentində baş verən korrupsiya qalmaqalları (məsələn, “Qatarqeyt” və “Russiaqeyt) bu kontekstdə hər şeyi ifadə edir. Avropa Parlamentinin üzv dövlətlərdən daha çox üzv olmayan ölkələrlə bağlı qətnamələr qəbul etməsinin səbəblərindən biri də bu cür korrupsiya sxemindən faydalanmaq istəyidir. Okamponun açıqlamaları belə bir qənaətə gəlməyə əsas verir ki, başda Josep Borrell olmaqla, onunla əlaqəli olan Avropa Parlamenti üzvləri və əməkdaşları barədə hüquqi araşdırmaların aparılması zəruridir. Ümid edilir ki, Belçikanın hüquq-mühafizə orqanları bu faktları obyektiv şəkildə araşdırmaq üçün müvafiq addımlar atacaqlar".

Daha ətraflı videomaterialda:


Seçilən
17
manset.az

1Mənbələr