AZ

"Uran ehtiyatı qalarsa, hərbi əməliyyat uğursuz olacaq" -İsraildən xəbərdarlıq

İsrailin yüksək rütbəli hərbi rəsmiləri İranın nüvə imkanları ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

Redaktor.az "The Times of Israel" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, əgər Tehran 60 faizədək zənginləşdirilmiş uran ehtiyatlarını qoruyub saxlayarsa, bu ölkəyə qarşı həyata keçiriləcək hər hansı hərbi əməliyyat uğursuzluğa məhkumdur. Hazırda İranın əlində 400 kiloqramdan çox belə uran ehtiyatının olduğu bildirilir. Bu miqdar isə 11-ə qədər nüvə başlığının istehsalı üçün kifayətdir.

Nəşr qeyd edir ki, ABŞ və İran arasında uran ehtiyatlarının ləğvi və zənginləşdirmənin dayandırılması barədə diplomatik razılaşma əldə olunmasa, uzunmüddətli hərbi müdaxilələr belə nəticəsiz qala bilər. "Əgər uran İrandan diplomatik yolla çıxarılarsa, biz öz işimizi görmüş sayılacağıq", — deyə mənbə vurğulayıb.

Xədicə BAXIŞLI

Seçilən
7
1
redaktor.az

2Mənbələr