AZ

Tramp administrasiyası elan etdi:"İran əməliyyatı başa çatdı"

ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla bağlı hərbi əməliyyatların yekunlaşdığını rəsmən qanunvericilərin diqqətinə çatdırıb.

Redaktor.az "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Ağ Ev ABŞ Konqresini öz mövqeyi barədə məlumatlandırıb: ABŞ silahlı qüvvələrinin regionda hələ də mövcud olmasına baxmayaraq, İranla münaqişə "başa çatmış" elan edilib.

Lakin bu bəyanat ABŞ-ın daxili siyasi dairələrində birmənalı qarşılanmayıb. Mayın 1-də Senatın Demokratlar Partiyasından olan üzvü Riçard Blümental ABŞ-ın yaxın gələcəkdə İrana zərbə endirmə ehtimalının hələ də qaldığını bildirib. Senator bu perspektivi "son dərəcə narahatedici" adlandırıb. Onun sözlərinə görə, belə bir addım Amerika vətəndaşlarının həyatını riskə ata və ciddi insan itkilərinə səbəb ola bilər.

Xədicə BAXIŞLI

Seçilən
4
1
redaktor.az

2Mənbələr