Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili ilə moped toqquşub. Qəza zamanı mopedin sürücüsü – kuryer hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.