AZ

ABŞ hərbçiləri İranla bağlantılı 45 ticarət gəmisini dayandırıb

Dəniz blokadası başlayandan bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarından çıxan və ya həmin limanlara yönələn, İranla əlaqəli 45 ticarət gəmisini dayandırıb.

Moderator.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Amerika qoşunları beynəlxalq suları patrul etməyə və İrana qarşı tətbiq olunan dəniz blokadası rejiminə əməl olunmasını təmin etməyə davam edir. İndiyədək blokada rejiminin icrası məqsədilə 45 kommersiya gəmisinə kursu dəyişmək və ya limana qayıtmaq əmri verilib", - deyə məlumatda bildirilir.

Seçilən
9
3
moderator.az

5Mənbələr