Ukraynanın Volın vilayətində ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş 41 yaşlı Andriy Matviyçukun dəfn mərasimi zamanı qeyri-adi hadisə yaşanıb.
NOCOMMENT.az xəbər verir ki, vida mərasimi zamanı bir leylək quşu izdihamın arasına enərək hərbçi ilə vidalaşmağa gəlib.
Mərasim iştirakçılarının kameralarına tuş gələn görüntülərdə leyləyin insanlardan ürkmədən tabutun yaxınlığında dayanması əks olunub.
Bu mənzərə sosial şəbəkələrdə böyük rezonans doğurub. İzləyicilərin bir çoxu baş verənləri “mistika” adlandıraraq, bunu əsgərin ruhunun rəmzi ziyarəti kimi qiymətləndiriblər./Musavat.com/