AZ

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

Bakı, 2 may, AZƏRTAC

İranın hava hücumları Yaxın Şərqin səkkiz ölkəsində yerləşən ən azı 16 ABŞ hərbi obyektinə zərər vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, sözügedən obyektlər ABŞ-nin Yaxın Şərqdəki əsas hərbi mövqelərinin mühüm hissəsini təşkil edir. Telekanal bildirir ki, “onlardan bəziləri hazırda faktiki olaraq istifadəyə yararsız vəziyyətdədir”.

CNN-in məlumatına əsasən, hücumlar nəticəsində kəşfiyyat təyyarələri, rabitə avadanlıqları və radar sistemləri zərər görüb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə, Tehran da daxil olmaqla, İranın iri şəhərləri zərbələrə məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu isə İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini açıqlayıb.

Məlumatda qeyd olunur ki, Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi obyektləri də hücumlara məruz qalanlar arasındadır.

Seçilən
48
4
azertag.az

5Mənbələr