AZ

Tehran geri addım atır: şərt dəyişdi

ABŞ ilə danışıqlar prosesində İran mövqeyini yumşaldaraq yeni təklif irəli sürüb.

Musavat.com xəbər verir ki, The Wall Street Journal nəşrinə görə, Tehran artıq Hörmüz boğazının açılması şərtlərini dəniz blokadasının zəiflədilməsi müqabilində müzakirə etməyə hazır olduğunu bildirib.

Məlumata əsasən, İran əvvəlki mövqeyindən fərqli olaraq blokadanın tam ləğvini əsas şərt kimi irəli sürmür. Yeni təklifdə tərəflər arasında qarşılıqlı güzəştlər əsasında mərhələli razılaşma variantı önə çıxır.

Bundan əlavə, Tehran nüvə proqramı ilə bağlı məsələləri də daha erkən mərhələdə müzakirə etməyə razılıq verir. Halbuki əvvəl İran bu mövzunun yalnız sonrakı mərhələlərdə gündəmə gətirilməsini istəyirdi. İndi isə nüvə məsələsinin sanksiyaların yumşaldılması müqabilində müzakirəsi təklif olunur.

Eyni zamanda, İran tərəfi ABŞ-la danışıqların bərpası üçün konkret məkan da təklif edib. Bildirilir ki, Vaşinqton yeni təklifə açıq yanaşacağı təqdirdə, görüşlərin həftənin əvvəlində İslamabad şəhərində keçirilməsi mümkündür.

Musavat.com

Seçilən
13
29
musavat.com

10Mənbələr