AZ

Xamenei Fars körfəzində yeni idarəetmə sistemi quracaq

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın ali dini lideri Müctəba Xamenei Fars körfəzi üçün yeni idarəetmə qaydası müəyyən edəcək.

Modern.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Komandanlığı məlumat verib.

"Ali liderin rəhbərliyi altında Fars körfəzinin idarə olunması üçün yeni qaydalar və şərtlər müəyyən ediləcək və tətbiq olunacaq. Hərbi Dəniz Qüvvələri Fars körfəzinin sahil xəttinin təxminən 2000 kilometrini və Hörmüz boğazını nəzarətdə saxlayacaq və bu su yolunu İran xalqı üçün dolanışıq, eləcə də bölgə üçün təhlükəsizlik və rifah mənbəyinə çevirəcək" - "Tasnim" xəbər agentliyinin məlumatında qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
1
modern.az

10Mənbələr