AZ

İsrail Livanın cənubuna zərbələr endirib, 8 nəfər ölüb

Bakı, 2 may, AZƏRTAC

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Habbuş şəhərinə hücum edib. Nəticədə ən azı 8 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Məlumata görə, həlak olanlardan biri qadın olub, bir uşaq yaralanıb, daha altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xilasedicilər hava hücumlarının davam edə biləcəyi ehtimalı səbəbindən dağıntıların təmizlənməsi işlərini dayandırmaq məcburiyyətində qalıblar.

Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı 15 şəhər və kəndi bombaladığı bildirilir. Hücumların əksəriyyətinin “Hizbullah” qruplaşmasına məxsus mövqelərin yerləşdiyi Nəbatiyyə ətrafını hədəf aldığı qeyd olunur.

Seçilən
88
43
azertag.az

10Mənbələr