AZ

Sumqayıtda dəhşətli durum: "Hər il çökə-çökə gedir" - VİDEO

Sumqayıt şəhərinin Çerkassi küçəsində intensiv yağışlardan sonra yol çökməsi baş verib. Uzun müddətdir davam edən bu problem həm sürücülərin, həm də ətrafda yaşayan sakinlərin narazılığına səbəb olur.

 

Vətəndaşların iddialarına görə, yolun çökməsindən bir aya yaxın vaxt keçsə də, problem həllini tapmayıb.

 

"Mən bura yaxın ərazidə yaşayıram. Təxminən ötən ayın əvvəlindən bəri yol bu vəziyyətdədir. Avtobuslar məhəllələrin araları ilə hərəkət edir. Bu da yolumuzu xeyli uzadır. Hər gün işə gecikirəm. Yol çökmüşdü, sonradan bildirdilər ki, təmir zamanı həm də kanalizasiya boruları partlayıb", - sakinlərdən biri şikayətini Baku TV-yə bildirib.

 

Digər bir vətəndaş isə məsul şəxslərin işinə səhlənkar yanaşdığını vurğulayıb: "Günlərlə gəlib burada dayansalar da, bir iş görülmür. Piyadalar yoldan keçəndə böyük təhlükə ilə üzləşirlər. Kanalizasiya xətti tutulub, çirkab suları düz binanın qarşısına axır. Problemin öhdəsindən gələ bilmirlər".

 

Tarix: 2 May 2026, 08:10   
Seçilən
55
3
pravda.az

3Mənbələr