AZ

Bakıda daha 30 metro stansiyası yaradılacaq

Cəlil Məmmədquluzadə küçəsində tikintisi yekunlaşmaq üzrə olan yeni metro stansiyasının yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir. Ümumilikdə isə dövlət proqramına əsasən, paytaxtda 2030-cu ilədək 10 yeni stansiyanın inşası planlaşdırılır. Bu rəqəmin 30-a qədər çatacağı gözlənilir.

Publika.az xəbər verir ki, by barədə Globalinfo.az-a nəqliyyat eksperti Elməddin Muradlı danışıb. O bildirib ki, Bakıda nəqliyyat sıxlığının azaldılması üçün ən effektiv addımlardan biri metro infrastrukturunun genişləndirilməsidir.

Onun sözlərinə görə, əsas məqsəd insanları şəxsi avtomobillərdən uzaqlaşdıraraq ictimai nəqliyyata yönəltməkdir:

“İctimai nəqliyyatın əsas növləri metro və avtobusdur, gələcəkdə tramvay xətlərinin də istifadəsi nəzərdə tutulur. İnsanlar nə qədər çox ictimai nəqliyyatdan istifadə etsələr, şəhərdə nəqliyyat yükü bir o qədər azalacaq. Lakin bunun üçün ictimai nəqliyyat əlçatan və cəlbedici olmalıdır. Metro stansiyalarının tikintisi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu istiqamətdə işlərin sürətləndirilməsi faydalı olar”.

Seçilən
22
8
publika.az

9Mənbələr