AZ

Braziliya səfiri: Qarabağda yeni şəhər infrastrukturunun qurulması olduqca sürətlə aparılır

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şuşa, 2 may, AZƏRTAC

Azərbaycanda bir neçə ildir fəaliyyət göstərirəm və 2021-ci ilin əvvəlindən etibarən Qarabağa səfərlər etmişəm. Bu müddət ərzində bölgədə dağıntıdan bərpaya doğru gedən transformasiyanın şahidi oldum. Bu, həqiqətən də çox təsiredicidir.

Bunu AZƏRTAC-a müsahibəsində Braziliyanın Azərbaycan Respublikasındakı səfiri Manuel Monteneqro bildirib.

“Xocalı, Xankəndi və Şuşada gördüyümüz yeni şəhər infrastrukturunun qurulması olduqca sürətlə həyata keçirilir. Lakin ən vacib məqam insan amilidir. Dünən universitet tələbələri ilə görüşdük və onların gözlərində gələcəyi gördük. Azərbaycanın gələcəyi etibarlı əllərdədir”, - deyə səfir əlavə edib.

Müxbir - Pərvanə Qafarova

Fotoqraf - İlkin Cavanşirov

Videooperator - Ceyhun Mustafayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
4
azertag.az

5Mənbələr