AZ

Merkelin makiyaj xərcləri müzakirə yaratdı

Almaniyanın keçmiş kansleri Angela Merkelin son 1,5 ildə saç və makiyaj xidmətlərinə xərclədiyi təxminən 65 min avro Almaniyada müzakirə mövzusuna çevrilib.

Azreform.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu açıqlama ifrat sağçı AfD partiyasının parlamentdəki sualına Federal hökumətin verdiyi cavab əsasında ortaya çıxıb.

Bildirilir ki, 2021-ci ilin dekabrında vəzifəsindən ayrılan Merkel hələ də 9 nəfərlik şəxsi heyəti ilə işləyir. Keçmiş kanslerin 2024-cü ilin iyulundan 2026-cı ilin mart ayına qədər olan 21 aylıq dövrdə salon və makiyaj xərcləri bir çox vətəndaşın illik gəlirini üstələyib.

Keçmiş kanslerin şəxsi heyətinin maaşları da diqqət çəkir. 2024-cü ildən 2026-cı ilin mart ayına qədər Merkel və keçmiş kansler Olaf Şoltsun heyətinə ümumilikdə 1,4 milyon avro ödənilib. 2026-cı ilin ilk üç ayında bu rəqəm 408 min avroya çatıb və ilin sonuna qədər 1,6 milyon avroya yüksələcəyi proqnozlaşdırılır.

Merkelin səyahət xərcləri də diqqətçəkəndir. 2024-cü ilin iyulundan 2026-cı ilin martına qədər keçmiş kansler 9 səfər üçün 10.558 avro xərcləyib. Bu səfərlər arasında Fransa Prezidenti Emmanuel Makronla Paris görüşü və Təl-Əvivdə mükafatlandırma mərasimi də var. Merkelin Düsseldorf və Ştutqartdakı tədbirlərdə iştirakı da dövlət büdcəsi tərəfindən maliyyələşdirilib.

2025-ci ilin may ayında vəzifəsindən ayrılan Olaf Şolts 8 işçi ilə 11 ay ərzində 4 səfərə 6 min avro xərcləyib. Şoltsun London İqtisadiyyat Məktəbində simpoziumda iştirakı 3.207 avroya, Brüsseldə NATO Baş katibi Mark Rutte ilə görüşü isə 1.647 avroya başa gəlib.

Seçilən
14
6
azreform.info

7Mənbələr