ain.az, Qol.az portalına istinadən məlumat verir.
A seriyasını tərk edəcəklər
Cari mövsümün sonunda A seriyasını tərk edəcək 2 komandanın adına aydınlıq gəlib.
QOL.az xəbər verir ki, bunlar "Piza" və "Verona"dır.
"Piza" 35-ci turda "Leççe"yə 1:2 hesabı ilə məğlub olaraq, 17-ci yerə yüksəlmək şanslarına son qoyub. Bu, onların 1990/91 mövsümündən bəri yüksək liqada ilk ili idi.
Həmçinin "Verona"nın da "Leççe"ni keçə bilməyəcəyi dəqiqləşib. Onlar 2019-cu ildən bəri Seriya A-da oynayırdılar.
Qeyd edək ki, ötən gün "Venetsiya"nın növbəti mövsüm A seriyasında mübarizə aparacağı məlum olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.