AZ

Balakəndə dəhşətli qəza

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, 60 yaşlı Mamed Niçaxovun idarə etdiyi “Mercedes” və 31 yaşlı Musa Qurbanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Baş verən qəza nəticəsində “Mercedes”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Seçilən
41
4
publika.az

10Mənbələr