AZ

ABŞ ın enerji şirkətlərinin mənfəəti azalıb

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Enerji şirkətləri ExxonMobil və Chevron bu ilin yanvar–mart dövrünə dair maliyyə hesabatlarını açıqlayıb.

Marja xəbər verir ki, ExxonMobil-in birinci rübdə xalis mənfəəti illik müqayisədə 46% azalaraq 4,2 milyard dollara enib. ExxonMobil 2025-ci ilin birinci rübündə 7,7 milyard dollar mənfəət açıqlamışdı.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Enerji şirkətinin ötən ilin birinci rübündə 1,76 dollar olan səhm üzrə xalis mənfəəti bu ilin birinci rübündə 1 dollara düşüb. Chevron-un xalis mənfəəti də yanvar–mart dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 37% azalaraq 2,2 milyard dollara geriləyib.

Şirkət 2025-ci ilin yanvar–mart dövründə 3,5 milyard dollar mənfəət əldə etmişdi.

Chevron-un ötən ilin birinci rübündə 2 dollar olan səhm üzrə xalis mənfəəti də bu ilin birinci rübündə 1,11 dollara enib.

Fevral ayının sonunda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra Hörmüz boğazında yaranan fasilələr neft təklifini azaldaraq enerji qiymətlərinin kəskin şəkildə yüksəlməsinə səbəb olmuşdur.

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
marja.az

2Mənbələr