AZ

İsrailin Livana hücumu: 12 nəfər həlak oldu

İsrail ordusunun Livanın cənubunda yerləşən Habbuş şəhərinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 12-yə çatıb, 25 nəfər isə yaralanıb.

Turkustan.az bildirir ki, 17 apreldə qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq, bölgədə hücumlar davam edir.

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına əsasən, İsrail aviasiyası axşam saatlarında edilən xəbərdarlıqdan sonra Habbuşu hədəf alıb.

Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, yaralananlar arasında bir gənc qız və dörd qadın da var.

Qeyd edək ki, Nazirlik daha əvvəl hadisə nəticəsində 6 nəfərin öldüyünü, 8 nəfərin isə xəsarət aldığını bildirmişdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
26
turkustan.az

1Mənbələr