AZ

Dubayda yaşayış üçün əmlak tələbində böyük dəyişiklik: Bundan sonra…

Dubay BƏƏ-də yaşayış üçün minimum daşınmaz əmlak investisiya tələbindən imtina edib.

Musavat.com xəbər verir ki, məlumat DLD Cube rəqəmsal platformasında əksini tapıb.

Platformaya görə, Dubaydakı əmlakının tək sahibləri artıq minimum əmlak dəyərini göstərmədən yaşayış üçün müraciət edə bilərlər. Birgə sahiblər üçün 400.000 BƏƏ dirhəmi (təxminən 109.000 dollar) həddi qalır.

Emirates 24/7 portalına görə, fərdi investorlar üçün əvvəlki minimum əmlak dəyəri tələbi 750.000 BƏƏ dirhəmi (təxminən 204.000 dollar) idi.

Qeyd edək ki, DLD Cube investorlara daşınmaz əmlak investisiya prosesini sadələşdirməyə və sürətləndirməyə kömək edən müştəri xidmətləri mərkəzidir.

Seçilən
16
1
editor.az

2Mənbələr