AZ

Braziliya futbolunun əfsanəsi Halk “Atletiko Mineyro”dan ayrılır

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Braziliyanın “Atletiko Mineyro” futbol komandasının kapitanı Halk klubu tərəflərin qarşılıqlı razılığı əsasında tərk edir. Mayın 1-də rəsmiləşən ayrılıq qərarından sonra 39 yaşlı ulduz futbolçu üçün xüsusi vida mərasimi təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, Halkın azarkeşlərlə vidalaşması 10 may tarixində “Botafoqo” ilə keçiriləcək oyun öncəsi baş tutacaq. “Arena MRV” stadionunda reallaşacaq bu mərasim ulduz futbolçunun doğma komandası ilə son görüşü olacaq.

Braziliyalı hücumçu “Atletiko Mineyro”da keçirdiyi beş il ərzində 311 oyuna çıxaraq 140 qol vurub və 55 məhsuldar ötürmə ilə yadda qalıb. O, komandasına 50 ildən sonra ilk Braziliya çempionluğunu qazandırmaqla yanaşı, ardıcıl beş dəfə ştat çempionluğu (Kampeonato Mineyro) sevincini yaşadıb.

Tərəflər arasında əldə olunan razılığa əsasən, yayda 40 yaşı tamam olacaq Halk karyerasını bitirdikdən sonra sonuncu vida matçını məhz “Atletiko Mineyro”nun ev stadionunda keçirəcək. Hazırda karyerasını davam etdirmək niyyətində olan təcrübəli oyunçunun Luis Zubeldiyanın rəhbərlik etdiyi “Fluminense” ilə müqavilə imzalayacağı məlumdur.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr