AZ

Volker: ABŞ ın Rusiyaya qarşı sanksiyaları yumşaltmaq qərarı səhv idi

ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Ağ Evin Rusiyaya qarşı neft sanksiyalarını yumşaltmaq qərarı səhv idi.

Turkustan.az xəbər verir ki, qısa müddətdə bu addım Vladimir Putinə əlavə resurslar qazandıra bilər, lakin uzunmüddətli perspektivdə ciddi təsir göstərməyəcək.

Bu fikri ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker müsahibəsində səsləndirib.

Volker bildirib: “Hesab edirəm ki, bu qərar yanlışdır. Çünki dünya neft qiymətlərinə demək olar ki, heç bir təsir göstərməyəcək. Əksinə, Putinə daha çox resurs verəcək və onu Ukraynaya qarşı müharibəni uzatmağa təşviq edəcək.”

Onun sözlərinə görə, bu addım qısamüddətli dövrdə müəyyən təsir yaratsa da, uzunmüddətli perspektivdə əhəmiyyətini itirəcək: “Düşünürəm ki, zamanla neft qiymətləri yenidən aşağı düşəcək və bu, Putinə daha ciddi təsir göstərəcək".

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
icma.az

2Mənbələr